Ana və qızı qarpızdan zəhərlənib

Dərc olunub: 11/08/2018 - 09:45

0c630618-021a-47ef-8cc0-cb7d2e9c46e9_292Neftçalada iki nəfər qarpızdan zəhərlənib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində baş verib.

Belə ki, kənd sakini,1966-cı il təvəllüdlü Quliyeva Ülkər Səfər qızı və onun qızı, 2003-cü il təvəllüdlü Quliyeva Fatimə Fərhad qızı qarpızdan zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada zəhərlənməyə qarşı lazımi tədbirlər görülüb. Beş saat həkim nəzarətindən sonra ana və qızı ambulator müalicəyə buraxılıb.


loading...




Fikrinizi bildirin