"Xəzərlə bağlı bütün məsələlər razılaşdırılıb" - Nazarbayev

Dövlətlərin Xəzərdə əməkdaşlığı ilə bağlı məsələlər razılaşdırılıb, sabah tarixi qərar qəbul ediləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib.

"İyirmi il ərzində biz asan olmayan danışıqlar apardıq, Xəzər dənizində birgə işimizlə bağlı mövqelərimizi razılaşdırdıq. Bu, dəniz gəmiçililiyi, Xəzər dənizinin resusları, dənizin bioloji resuslarının qorunması, ticarət əməkdaşlığını əhatə edir. Hesab edirəm ki, bütün məsələlər razılaşdırılıb və biz sabah tarixi qərarın qəbul edilməsini gözləyirik. Bu, hər birimiz üçün vacib məqamdır", - deyə Nazarbayev bildirib.

635x100

Şərhlər

t.ədalət 2018-08-11 10:40:20

Xəzər dənizi yenə də Rusiyanın işğalında qaldı.Rusiya istədiya vaxt icazəsiz sahilyanı dövlətlərin su sərhəddini pozacaq və istədiyi addımları atacaq.Bizimki qaldı ABŞ-ın sanksiyalarının ümidinə..Dəniz Rusiyanın hərbi təlimlər poliqonuna çevriləcək.

Son yazılar