Sağalmaz "Ebola" virusu Avropaya da keçib

Bu ilin fevralında Afrikada baş qaldıran “Ebola” virusu sürətlə başqa qitələrə də yayılır.

Böyük Britaniyanın Birmingem şəhərində pasinetlərdən birində bu virus aşkarlanıb. Onun Afrikadan yenicə qayıtdığı bildirilir.

Məsələ ilə bağlı Britaniya hökuməti təcili iclas çağırıb. Paralel olaraq Çinin Honkonq şəhərində də Afrikaya turist səfəri edən qadında bu virus aşkarlanıb.

Qeyd etmək lazımdır ki, hazırda Qvineya, Liberiya və Syerra-Leone kimi Qərbi Afrika ölkələrində “Ebola” virusu bir neçə ayda 660-a qədər artıq insanın ölümünə səbəb olub.

Hələ ki, heç bir peyvəndin təsir göstərə bilmədiyi virus 90% halda insanın ölümünə səbəb olur. İlk dəfə Afrikanın Ebola bölgəsində qeydə alınan virus kəskin qızdırma, diareya və qan qusuntuları ilə müşahidə olunur.  /modern.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar