İlin sonuncu Günəş tutulması hadisəsi başlayıb

Dərc olunub: 11/08/2018 - 12:16

c4dfe35d-c073-4e0d-bb9e-f4986e81944c_2922018-ci ilin sonuncu Günəş tutulması hadisəsi başlayıb.

“Report” xəbər verir ki, prosesi avqustun 11-i saat 12:02:08-dən müşahidə etmək mümkündür.

Saat 13:46:24-də tutulma maksimum həddə çatacaq, saat 15:30:40-da isə yekunlaşacaq. Bu ilin üçüncü, həm də sonuncu Günəş tutulması şimal yarım kürəsində müşahidə olunacaq. Təbiət hadisəsini Rusiyanın, demək olar ki, bütün ərazisində hiss etmək olacaq. Proses Şərqi Asiya hissəsindən başlayıb Rusiyanın bütün hissəsini əhatə edəcək.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda da müşahidə olunan iki Günəş tutulması hadisəsi qeydə alınıb, bu üçüncüdür. İlk Günəş tutulması fevralın 15-də baş verib. İkinci Günəş tutulması isə iyulun 13-ü saat 05:48:23-də qeydə alınıb.


loading...




Fikrinizi bildirin