Məşhur futbolçunu təhqir edən oyunçuya 6 oyunluq cəza verilib

Çin Futbol Federasiyası "Çançun Yatay" klubunun futbolçusu Zanq Lini 6 oyunluq diskvalifikasiya edib.

"Report" Çin Futbol Federasiyasına istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı yarımmüdafiəçinin "Şanxay Şenxua" klubunun hücumçusu Demba Baya qarşı irqçi ifadələr işlətməsidir. Futbolçu həmçinin 6 min dollar məbləğində cərimə olunub.

Qeyd edək ki, avqustun 4-ü baş tutan "Çançun Yatay" - "Şanxay Şenxua" matçı 1:1 hesabı ilə başa çatıb.

Demba Ba karyerası ərzində İngiltərənin "Çelsi" və Türkiyənin "Beşiktaş" komandalarında çıxış edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar