“AZƏRENERJİ”DƏ YOXLAMA DAVAM EDİR – Ay yarımlıq təhqiqat nələri aşkarlayıb?

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) iyulun əvvəllərində ölkədə baş vermiş enerji böhranı ilə bağlı “Azərenerji” ASC-də başladılmış istintaqa qoşulub.

“AzPolitika.info”ya daxil olan məlumata görə, Prezident İlham Əliyevin tapşırığı əsasında hüquq-mühafizə orqanlarının apardıqları birgə istintaqa “Bandotdel”in əməkdaşları bugünlərdə daxil olublar. Bu, ondan xəbər verir ki, “Azərenerji”də indiyədək aparılan istintaq nəticəsində mütəşəkkil cinayətkarlığın əlamətləri aşkarlanıb!

Məlumdur ki, hələ işıq böhranının baş verdiyi ilk gündən bu hadisənin düşünülmüş şəkildə həyata keçirilən təxribat olduğu barədə ehtimallar irəli sürülürdü. Görünür, istintaq bu istiqamətdə müəyyən ipucları əldə edə bilib və məhz BMCMİ-nin də indiki mərhələdə işə cəlb edilməsi təsadüfi deyil.

Xatırladaq ki, Mingəçevir İES-də baş verən müəmmalı qəza ilə bağlı keçirilən iclasda “Azərenerji” rəhbəri Etibar Pirverdiyev qəzanın səbəbi kimi enerjiyə olan tələbatın artmasını göstərməyə çalışsa da, ölkə başçısı bununla razılaşmamışdı. Ona görə də Prezident xüsusi komissiyaya və hüquq-mühafizə orqanları rəhbərlərinə məsələnin ciddi şəkildə araşdırılmasını və günahkarların məsuliyyətə cəlb edilməsini tapşırmışdı.

“AzPolitika”

635x100

Şərhlər

TARİX 2018-08-11 12:55:33

BƏS DÖVLƏT BÜDCƏSİNDƏN REKONUSTRUKSİYA YENİ TİKİLMƏLİ STANSİYALAR ÜCÜN AYRILAN MİLYARDLAR HARA GETDİ.BU VƏTƏNƏ,XALQA QARŞI XƏYANƏTDİR.İNŞALLAH DÖVLƏTİMİZ CİNAYƏTKARLARIN LAYİQLİ CƏZASINI VERƏR.

Cəmşid Dərələyəzli 2018-08-11 12:55:33

Maraqlıdır görəsən nəyi yoxlayırlar. Əgər transformatorlar 70-ci illərin avadanlıqlarıdırsa. onda bu illər ərzində ayrılan pulun hesabı sorulmalıdır. Yəni pullar hara gedib sorusuna cavab tapılmalıdır. Bunun üçün də Dövlətin Büdcə vəsaitinə nəzarət edən Büdcə Hesablama Palatası var. Təbii, onun da onun da adı var özü yoxdur.

Energeтik ə 2018-08-11 12:55:33

Dogru qeуdlərdir. Mingəçevir ESda iki qonşudan naməlum qaçqınlarlə тəcrübəli müəxəssis rəhbərliуini də saxlamaq lazımdı? "AzEnerji"nin ev тikinтisi, iri İsтehsal parkı ilə avadanlıq biznesmeni "Priverdiev Krallıgı"na çevrilməsi daha тəhlükəli fəsadlar verə bilərdi!? "Olkə" iqтisadiууaтında Ozbaşına krallıqlar az deуil. BEУNƏLXALQ SOCAR BP ilə, əsasən hasilaтa məsuldur. "Emu do lampoçki-Azərbaуcanda nefт emalı var, уa уox və уa respublika уanacaqla-qazla necə тəchiz edilir?" Vacibi birBaşa Əlaqədir!

Energetik 2018-08-11 12:55:33

Çox təəssüf edirəm.Ölkəmizin,xalqımızın,millətimizin həyati məsələsi olan enrgetika sahəsinə aid ciddi araşdırmalara heç kim münasibət bildirmir.Görürsünüzmü mən haqlıyam.Ölkədə energetika sahəsində1000 nəfər peşəkar kadr olsa idi,onlardan 1-2 nəfər öz fikrini bildirərdi.Buna baxmayaraq biz energetiklər Millətimiz, Xalqımız,Dövlətimiz(Hakimiyyətdə kimin olmasından asılı olmayaraq)qarşısında öz peşə vəzifəmizi vicdanımızla,canımızla, bilik-bacarığımızla daim diqqətdə saxlamalıyıq.Elektrik enerjisi həyatdır.

Energetik 2018-08-11 12:55:33

Bacarıqlı mütəxəssislər çox aşağı əmək haqqı alır-ona görə qaçırlar xarici şirkətə.Sistem qalır savadsızlara.2)Stansiya və şəbəkələrin ehtiyat hissə çatışmamazlığı,nəticədə son 10 ildə tikilən Modul tipli stansiyalarda aqreqatlarda vaxtında texniki xidmət aparılmağından ya dayanır,ya da 50%qəza vəziyyətində işləyir.(Bu dəqiqdir).Bəli bu sahəyə maliyyənin çox cüzi ayrılmasıdır.Stansiyalar daha yüksək səviyyədə saxlanılmalıdır. Ölkənin dayanıqlığı elektrik enerjisindədir.Fikirlərim səhvdirsə,kimsə yazsın.

Energetik 2018-08-11 12:55:33

Davam; Enerji sistemdə sələnkarlıqdan söhbət gedə bilməz. Bütün avadanlıqlarda hər il sınaq və yoxlama işləri aparılır(Mən özüm bu işin içindəyəm).Ming.DRES 1982-ci ildə tikilən stansiyadır. Avadanlıqlar istismar müddətini keçib.Hissələr tək-tək vaxtında dəyişdirilməlidir.Bu sahəyə ayrılan subsidiyaların istifadəsi rəsmi mütəxəsisslər tərəfindən nəzarətə götürülməlidir.Amma bunlar ya olunmur,yada başdan sovdu edirlər. Enerji sistemi saxlamağın iki yolu var.1)Kadr potensialı həddən aşağıdır,səbəb;

Energetik 2018-08-11 12:55:33

Başa düşmürəm, Hüquq mühafizə,FHN,Maliyyə və s. nazirliklərin rəhbərlərindən ibarət komissiyanın heç Mingəçevirə getməyinə ehtiyac yoxdur.Burda sırf Energetika mütəxəsissləri(daxili və həmin avadanlıqların istehsalçı şirkətlərinin mütəxəsissləri) ilkin olaraq araşdırma aparmalıdır.Lap tuaq ki,bunlar E.Pirverdiyevi,onun yüksək vəzifə tutan kadrlarını həbs etdilər. Bununla iş bitməyəcək.Daha da dərinə gedəcək.Enerji sistemdə tək-tək mütəxəssiz qalıb.Dövlət belə istintaqla Enerji sistemi batırmaq istəyir.Davam

Son yazılar