Kənan MM sərbəst buraxıldı

Ötən gün saxlanılan məşhur rejissor Kənan M.M sərbəst buraxılıb. MediaPost.az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsində dindirilən məşhur rejissor sonradan sərbəst buraxılıb.

Məlumata görə, müğənni Vüqar Muradov polis bölməsinə gələrək ondan şikayətçi olmadığını bildirib.

Qeyd edək ki, 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kənan MM xuliqanlıqda ittiham olunub.

Onun barəsində Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq müddəsilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun məlumatına görə, Kənan Mahmudov müğənni Vüqar Muradov və onun qardaşını döydüyü üçün saxlanılıb.

Belə ki, Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət edərək bildiriblər ki, Kənan Muradov bir qrup şəxslə onları döyüblər.

Saxlanılan Kənan Mahmudov əməllərini etiraf edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar