Dövlət Xidmətinin 5 vəzifəli şəxsi işdən kənarlaşdırılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə 2018-cı ilin iyul çağırışının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Qurumdan "Report"a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iclasda çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı Xidmətdə həyata keçirilmiş tədbirlərdən danışıb. Həmçinin 2018-ci ilin iyul çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, həmin qüsurların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.

Aparılmış təhlillər və araşdırmaların nəticələrinə əsasən, xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə Xidmətin dörd yerli idarə, şöbə və bölmə rəisi, eləcə də qurumun tabeliyində olan bir struktur bölmənin rəisi tutduqları vəzifələrindən kənarlaşdırılaraq Xidmət rəisinin sərəncamına götürülüblər.

Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən Xidmət rəisi ilk növbədə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə vətəndaşların qəbulu və müraciətlərinə baxılması, korrupsiyaya qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin məqsədyönlü şəkildə davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

635x100

Şərhlər

Bozqurd 2018-08-11 13:03:19

Hormetli nazir ucarda ozbawinaliq Baw alib gedib.

t.ədalət 2018-08-11 13:03:19

Arzu Rəhimov səriştəsizliyinə görə ətrafına pensiyada olan keçmiş hərbiçiləri toplayır.Bununla iş yeri tapmayan gənclərin işsizliyinə təkan verir.İşsizlərin sayının artması ilə,bir növ ölkəmizdə narazıların sayının artmasına səbəb olur.Hərbi vətənpərvərliyə əhəmiyyət vermir.Müharibə əililləri və iştirakçılarının cəbhədə xidmət edən övladlarının işə qəbul olunmasının qarşısını almaq üçün özündən tapmaca suallardan ibarət "testlər" təşkil edir.Əslində,haqqında tədbir görüləsi elə onun özüdür.

Son yazılar