Nəcməddin Sadıkov qələbədən danışdı

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hərbi Akademiyanın məzunları ilə görüşüb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Silahlı Qüvvələrin Hərbi Akademiyasının 2014-cü il məzunları ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Baş Qərargah rəisi məzunlar qarşısında Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək Silahlı Qüvvələrdə aparılan islahatların mahiyyəti, ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında qoyulan göstəriş və tapşırıqları bir daha şəxsi heyətin nəzərinə çatdırıb.

Zabitləri bu əlamətdar gün münasibətilə təbrik edən general-polkovnik N.Sadıkov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrlərini, tələblərini və tövsiyyələrini şəxsi heyətə çatdıraraq ordumuzun daha güclü, qüdrətli olması, düşmən üzərində qələbənin təmin edilməsi üçün əldə etdikləri biliklərinin təcrübədə tətbiq edilməsi məqsədilə xidmətlərində və gələcək fəaliyyətlərində onalara uğurlar arzulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar