“Pritonlar kraliçası”nın inanılmaz sərvəti - 220 taksi, 486 ədəd daşınmaz əmlak, səhmlər...

Türkiyənin pritonlar kraliçası, sabiq vergi rekordçusu Matild Manukyanın 2001-ci ildə ölümündən sonra oğlu Kerope Çilingirə qalan nəhəng mirasa ortaq olduğunu iddia edən 16 şəxs varisliklə bağlı məhkəməyə müraciət edib.

Sfera.az xəbər verir ki, müdafiə etdiyi 16 şəxsin vəkili Kerope Çilingirin Matild Manukyanın oğlu olmadığını iddia edib:

“Sənədlərdə Manukyanın oğlu olduğunu iddia edən Kerope Çilingir adı ilə bağlı heç bir qeyd yoxdur. Kerope Çilingir Manukyanın oğlu və varisi deyil”.

Varisin sadəcə özləri olduğunu iddia edən 16 nəfər, pritonlar başda olmaqla 220 taksi, 486 ədəd daşınmaz əmlak, səhmlər, valyuta və bank hesablarının bərabər formada paylaşılmasını tələb ediblər.

İstanbul məhkəməsində açılan məhkəmə işində Matild Manukyanın atasının Armenak Çah Muradyan, bibisinin də Suzan Çah Muradyan olduğu, 16 nəfərin isə Manukyanın bibisi qızı Gülnaz Bağçivanın nəvələri olduğu bildirilir.

Vəkil Manukyanın vəfatından sonra Kerope Çilingirin saxta sənədlər düzəldərək və maxinasiyalarla müdafiə etdiyi şəxsləri mirassız qoyduğunu iddia edir. Manukyanın ən azı 486 daşınmaz əmlakı mövcuddur. Türkiyə və xarici banklarda qoyulan pul mirasının ümumi məbləğini isə kimsə bilmir.

635x100

Şərhlər

Aran Qarabağlı 2018-08-11 23:11:08

Priтonların saуı və sahibləri kimlərdir? Тürkiуə və Azərbaуcan qanunları bunu necə тəsfir edirlər? Ehтimal ki, bu gizli peşələri ilə onlar, burada da dovləт rəhbərləri və ailələrini "vanka-vsтanka!" əldə saxlaуırlar? "Eуşin" eliтə, qlobal siуasəтə belə sıgallıca və məтbu girişi heç bir səbəbsiz Azərbaуcan və Тürkiуəni 2012-ci ildən Qərbə, ABŞа qarşı qoуub!? Уüksək nəтicə də var. Keçən 2017nin Noуabrında Avropa İттifaqı Azərbaуcanla sazişi тəxirə saldı, Arтsaxla birgə işgalçı Ermənisтanı qəbul eтdi?

Son yazılar