"İlham Əliyevin ölkəmizin maraqlarına cavab verməyən hər hansı sənədə imza atacağına inanmıram"

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub.

Moderator.az -ın əməkdaşı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə bağlı millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin fikirlərini öyrənib:

"Bu konvensiyanın imzalanması Azərbaycan və region dövlətləri üçün böyük əhəmiyyət daşıyır. 22 il aparılan danışıqların nəticəsi olaraq bu sənədin imzalanması, bütün məsələləri həll etməsə də, sülhə və regional əməkdaşlığa böyük töhfə verəcək. Sənədin tam mətni ilə tanış olmasam da Prezident İlham Əliyevin ölkəmizin maraqlarına cavab verməyən hər hansı sənədin altına imza ata biləcəyinə inanmıram. Bu konvensiya Azərbaycanın nəqliyyat dəhlizi kimi dünyada əhəmiyyətini artıracaq, o cümlədən, türk dünyasının birliyinə və əməkdaşlığına xidmət edəcək. Xalqımızı təbrik edir, sənədin hazırlanmasında zəhməti olan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, ərazi bütövlüyümüzü və ölkəmizin qarşısında dayanan digər problemləri də uğurla həll edəcəyik."

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

635x100

Şərhlər

Mühəndis B. 2018-08-12 19:38:23

Predmeтsiz siуasi çıxış inamsızlıq doguran mühafizəkarlıqdır. Тəbii olaraq, Xəzər 5 olkə arasında bərabər "bolünür". Azərbaуcansevər parтiуa sədri və MV məтbuaт şərhlərində "Hərbsiz, уəni, qismən Ekoloji Xəzər" тəklifini (qaçırıb) nəzərə almaуıb. Xalqlar, canlı тəbiəт, xüsusən Xəzər golünün balıqları Kremlin hərbi gücünü sevməzlər. Əтrafуanı dovləт liderləri "ədaləтli" siуasi müdaxilələri ilə Benəlxalq mühafizə və QHтəşkilalarının iddiasına zəmin qoуublar.

t.ədalət 2018-08-12 19:38:23

Xəzər dənizinin hüquqi statusu Rusiyanın ixtiyarında qaldı.Rusiya donanması sahilyanı dövlətlərin icazəsini almadan istədiyi sahilə girəcək ,istədiyi yerdə lövbərini salacaq.

Son yazılar