İsrailin sabiq prezidenti hərbi əməliyyatlara qarşı çıxdı

“İsrailin Qəzza sektorunda bütün hərbi əməliyyatlar imkanı tükənib”. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu İsrailin sabiq prezidenti, Nobel mükafatı laureatı Şimon Peres yaralı İsrail hərbçilərinin müalicə aldığı hospitalda jurnalistlər qarşısında çıxışı zamanı deyib.

“İsrailin Qəzzada hərbi əməliyyatlar imkanları tükənib. Konfliktin diplomatik həll yolunu tapmaq lazımdır”, - deyə Peres qeyd edib.

Şimon Peres 7 illik prezident postunu bu il, iyunun 24-də tərk edib. Onun sözlərinə görə, Təl Əviv Qəzza sektorunda Fələstin Administrasiyasının hakimiyyətinin bərpasına nail olmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar