"Liverpul" mövsümə darmadağınla başladı

İngiltərə Premyer Liqasında ilk turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, çempionluğa əsas iddialılardan “Liverpul” mövsümə darmadağınla start verib. Doğma azarkeşləri önündə “Vest Hem”i qəbul edən Yurgen Kloppun komandası rəqibin qapısından 4 cavabsız top keçirib.

Mersisaydlıların heyətində qolları Məhəmməd Salah (19), Sadio Mane (45, 53) və Daniel Starric (88) vurublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar