SƏLİM MÜSLÜMOVUN QAYNI İŞDƏN ÇIXARILDI - Nazir müavinin qardaşına isə yüksək vəzifə verildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumda diqqətçəkən daha iki dəyişiklik aparıb.

Mia.az-ın məlumatına görə, Sahil Babayev bir neçə gün əvvəl Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayevi vəzifəsindən azad edib. Artıq Ağalar Xasayevin yerinə təyinat da olub.

Qeyd edək ki, Ağalar Xasayev sabiq nazir Səlim Müslümovun həyat yoldaşının qardaşıdır.

Məlumata görə, nazirin DSMF-dəki ən diqqətçəkən dəyişikliyi isə bir müddət əvvəl olub. Belə ki, fondun direktor müavini Sərdar Xıdırov vəzifəsindən azad edilərək, onun yerinə vaxtı ilə DSMF-nin Səbail rayon, daha sonra isə Qaradağ rayon şöbəsində müdir vəzifəsini tutmuş Cavid Abdullayev gətirilib.

Xatırladaq ki, Cavid Abdullayev bu yaxınlarda iqtisadiyyat nazirinin müavini təyin edilən Şirzad Abdullayevin qardaşıdır.

Adıçəkilən fondda ən böyük dəyişikliyin isə bu ilin dekabr ayında aparılacağı gözlənilir. İddia olunur ki, həmin vaxtı fondun hazırkı direktoru Zakir Babayevlə bağlanan müqavilə başa çatacaq və bu səbəbdən DSMF-nin rəhbəri postuna yeni təyinat olacaq...

635x100

Şərhlər

Oxucuya Nadirdən 2018-08-13 00:23:36

Bismillahir-Rəhmanir-Rəhim.Hörmətli Oxucuya demək istəyirəm ki. Sirr deyil ki, hörmətli yeni nazir Sahil Babayev öz “amplua”sına sadiq qalaraq mətbuatı oxumur.O ki qald; Sizin bu yazınızı!,Bunun isbatı, mənim Yeni Nazir Sahil Babayev cənablarına yazdığım 6 şikayətnamələrimdən heç birinə cavab vermədilər. Axı! bu nə məntiqdir, nə yanaşmadır? Çox yaxşı olar ki, yeni nazirin yeni hörmətli mətbuat katibi! Fazil Talıbov AzPolitka olanm ƏƏSMN-nə ayid olan məqələlərə yazılan şərhləri toplayıb hörmətli S.Babayevə təqdim etsin. Lakin açıq görünür ki,bu edilmir.Amma çox lazımlıdır!Mənə elə gəlir ki,bu şərhləri AzPolitka.info.saytıda toplayıb nazirin e-poçtuna göndərə bilər və çox yaxşı olar. Belə çıxır ki,Baş məmurlar vətəndaşları saymırlar! Ölkəni siyasi böhrana sürükləndirmək istəyirlər.Cənab Baş Məmurlar! Allahdan qorxun.

oxucu 2018-08-13 00:23:36

BİR NƏFƏR PENSİYANIN ARTIRILMASI ÜÇÜN MÜRACİƏT EDİB.2007 Cİ İLDƏ BU ADAM BİR DÖVLƏT MÜƏSİSƏSİNDƏ İŞLƏYİB,ƏMƏK HAQQI ALIB.SONRA MÜƏSİSƏ BAĞLANIB.VƏ BU MÜƏSİSƏNİN DSMF-NA BORCU QALIB.İNDİ DSMF BU ADAMA DEYİR Kİ ,SƏNİN İŞLƏDİYİN O MÜƏSİSƏ DSMF-NUN BORCUNU ÖDƏMƏYİB. ONA GÖRƏ SƏNƏ ARTIM DÜŞMÜR.BU HANSI MƏNTİQƏ UYĞUNDUR. DSMF DA DÖVLƏT QURUMUDUR, BU İNSANIN İŞLƏDİYİ MÜƏSİSƏ DƏ.DSMF NİYƏ BU DÖVLƏT MÜƏSİSƏSİNDƏN BORCU TƏLƏB ETMİR. İŞÇİNİN NƏ GÜNAHI VAR. CƏNAB NAZİR SİZ BU İŞLƏRİLƏ MƏŞĞUL OLUN.NƏYİNKİ QİSAS ALMAQ

EWDER 2018-08-13 00:23:36

EWWI BU DOVLET BATAQLIQIN ICINDEDI...YALAN PALAN DOVLETI,INDI DE SAHILIN ESABELERI INKIWAF EDECEK,EWDER OL CANI.KOHNE HAMAM,...S

Cəmşid Dərələyəzli 2018-08-13 00:23:36

Nazirlərin yeri dəyişəndə, düz iki-üç il başları qarıçır strukturu yenidən formalaşdırmağa. keçmiş Kənd Təsərrüfat Naziri Heydər Əsədov gələndə düz 3 il strukturla məşqul oldu. İndi Ə və ƏSMN Sahil bəy. Heç kim Nazirlikdə mövcud durum üzərində işləmir Sanki gələn sanki üskük oynatmaqla məşquldur. Sahil bəy heç fikirləşirmi ki, necə etsin ki, sosial müdafiyyəyə ayırmalar inzibatçılıqla yox, fonda könüllülük prinsipi əsasında verilsin və bütün şirkətlər işçilərlə əmək müqaviləsini bağlamağa maraqlı olsunlar.

patriot 2018-08-13 00:23:36

Nə olsun onun ki ğetdi özünün ki ğəldi Bizə nə nəsə dəyişəcək ğuya !!!!

pensiyacı hərbici 2018-08-13 00:23:36

onlar ücün cox sadə bir işdir. dsmf kecmiş soyguncu dətəsi elə bir rüşvət bataqlıgına düşüblərki bu işlərin üstünü acmaq istəyən hüquqşünas ücün 2 vuraq 2 kimi bir şey olacaq inşallah. mən cox əminlik hissi yaşayıramki bütün bu işlərin müəyyən müddətə üstü acılacaq. yeni nazirimiz babayevədə ugurlar diləyirəm

Mustafa 2018-08-13 00:23:36

Selim ele bilirdi ki pulun verib bu at onluqdurvaxt geldi onu da mindiler .

Hörmətli Pensiyaçı hərbiçi! 2018-08-13 00:23:36

Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli Pensiyaçı hərbiçi! Sizə bir sual-Rəisin xəbəri olmazsa hər hansı şöbə müdürü deyilənləri edə bilərdimi(bir-iki dəfə ola bilər çox yox. )? Bunlara rəhbərlik edən sözsüz fondun hazırkı direktoru Zakir Babayevdir! Sual yaranir hörmətl nazirSahil Babayev ona qarşı niyə tədbir görmür? Atalar sözü ”Eşşəyə gücü çatmayanda planı döyürlər.”

pensiyacı hərbici 2018-08-13 00:23:36

növbə gəlirdi dsmf yə ki vətəndaşın pensiyasının bərpa olunan hissəsinin ona verilməsinə. burada dsmf nin karuseli başlayırdı munirin əli ilə tam kücüilə fırlanmaga və vətəndaşdan pul cıxarmaga.dsmf yaxşı halda 50 nin 50 nisbətinə cox zaman 30 vətəndaşa 70 dsmf yə xam müçtəri olanda tam 100 faiz ölü pul adı ilə dsmf akulalarına catırdı.görün həyasızlıq nə yerə catmışdıki dsmf azərbaycanın iki döyüşən generalını eyni qayda ilə soymuşdular.əgər hüquq mühafizə orqanları maraqlansa bütün bunların üstünü acmaq

Nadir. 2018-08-13 00:23:36

Bismillahir-Rəhmanir-Rəhim. Vallah-billah! Bu nazirin siуasəтinə mən təqaütçidə inamsızlıg yaranıb. Soruşmaq gərəkdir ki, hörmətli Sahil Babayevə nə düşüb S.Müslümovun qohumlarının axtarışına çixıb? Atalar deyib ki, Süleyman peyğəmbərə qalmayan dünya, heç kimə qalmayacaq. Məsəl var: “Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”.Beləliklə ki, Ağalar Xasayev sabiq nazir Səlim Müslümovun həyat yoldaşının qardaşıdır kimi işdən çıxarıbsa, mən bir təqaütçi kimi açıq-aydın deyirəm qələt ediblər.Bu düz yol deyil!Bu işlərin başında duran fondun hazırkı direktoru Zakir Babayevdir.Onunla bağlanan müqavilənin başa çatmasını gözləməyin səbəbi nədir?(Adamına görə? Bəs nəyinə görə?).Mən təqaütçi kimi hörmətli S.Babayevə 5-dən çox şikayətnamə yazmışam bu günə kimi heç birinə cavab almamışam! . Bu “Ağlasığan və başadüşülən deyil…”Buda təzə nazirin fəaliyyəti!!!

pensiyacı hərbici 2018-08-13 00:23:36

nədənsə xasayevin azad edilməsi uzun cəkdi. cünki dsmf də zabit gizir və başqa cüc strukturu işcilərininmüxtəlif yollarla soyulmasına üzdəniraq hüquqşünas munir əhmədovun əlilə birbaşa xasayev rəhbərlik edirdi və müxtəlif təzyiq və fırıldaqlarla insanlardan alınan rüşvətin cox hissəsi onun vasitəsilə müslümova ötürülürdü.proses belə idiki zaman zaman sabiq mn səfərbala axunbala oglunun müxtəlif üullarla vurub ordudan kənarlaşdırdıgı insanlar məhkəmələr vasitəsilə pozulmuş hüquqlarını bərpa etdikdən sonra

Son yazılar