DÖVLƏT SƏRHƏDİNDƏ ERMƏNİ TƏXRİBATI - Hərbçimiz yaralandı

Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu İsrəfilov Samit Ədalət oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ordusunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.

635x100

Şərhlər

o.b.n 2018-08-13 10:19:19

məsələ burasıdir ki ruslar haylara kömək məqsədi üçün Türkiyə və İran sərhədini qoruyur ki,orda olmalı həbiçilər Azərbaycana qarşı vuruşsun, bizim bəzi baş bilənlər isə kremlə hələdə papa deyir.Əgər Allah eləməsin bu soyuq müharibədən kreml qalib çıxsa Qarabağın azad olması 25-ildə uzanacaq.

t.ədalət 2018-08-13 10:19:19

ermənistanın sərhədlərini Rusiya qoruyur.Bu barədə hamı bilir.Belə olan halda hərbiçimizin kim tərəfindən yaralandığını necə təyin edək?

Son yazılar