Rusiya tankları Ukraynada

Tanklar Ukraynaya daxil olarkən ukraynalı hərbçilərlə atışma olub

Ukraynaya Rusiya ərazisindən 7 tank daxil olub, 50 tank isə Rusiya-Ukrayna sərhədində dayanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin (UMTX) açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, ötən axşam “Uspenka” sərhəd keçid məntəqəsi tankların Ukrayna ərazisinə keçdiyini qeydə alıb. Separatçılar tankları Dmitrovki rayonuna keçirərkən ukraynalı hərbçilərlə atışma olub.

Separatçılar geri çəkilməyə məcbur olsa da ölkə sərhədinin digər hissəsindən rus tankları Ukraynaya keçməyə nail olub.

UMTX-nın açıqlamasına görə, hazırda Ukrayna-Rusiya sərhədində 50 tank, 2 “Qrad”, 1 BMP və 10 digər hərbi texnikalar cəmləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar