İtaliyalı tibb bacısı 600 min avro mirasını bağışlayıb - İşlədiyi xəstəxanaya...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İtaliyanın Triyest şəhərindəki xəstəxanada tibb bacısı işləmiş qadın 600 min avro məbləğində mirasını bu müəssisəyə bağışlayıb.

Tibb bacısı Mariya Bolonya ötən il 95 yaşında vəfat edib. Onun əri və oğlu özündən əvvəl vəfat etdiyindən, qadın öz mirasını ömrü boyu işlədiyi xəstəxanaya vəsiyyət edib.

600 min avro xəstəxananın büdcəsinə qəbul olunub. Bu vəsaitin qanköçürmə şöbəsinə avadanlıq alınmasına, yeməkxananın və binanın girişinin təmirinə, həm də yeni qarderobun tikitinsinə yönəldiləcəyi planlaşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar