Baş prokuror həlak olan əsgərin atasını qəbul edib

Avqustun 13-də baş prokuror Zakir Qaralov həlak olan əsgərin atası Akif Əbilovu qəbul edib. Onun oğlu Fəhmin Əbilov bir müddət öncə Müdafiə Nazirliyinin hərbi hissələrinin birində naməlum şəraitdə ölüb.

Baş Prokurorluğun məlumatında deyilir ki, Z.Qaralov əsgərin atasına bildirib ki, iş dövlət başçısının şəxsi nəzarəti altındadır. Fakt üzrə cinayət işi açılıb, həbs olunanlar var.

Xatırladaq ki, əsgərin valideynləri bildiriblər ki, oğlunun intihar etdiyinə inanmırlar. Onların dediklərinə görə, Fəhminin bədənində işgəncə izləri olub. Onlar günahkarların tapılıb cəzalandırılmasını tələb ediblər.

Müdafiə Nazirliyi əsgərin ölümü barədə açıqlama verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar