«Türkiyə, Rusiya və bir sıra ölkələrlə milli valyuta ilə hesablaşmağa hazırlaşır» - Ərdoğan

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, qardaş ölkə Rusiya, Çin, İran və Ukrayna ilə milli valyutada hesablaşmaya keçmək üçün hazırlıq işləri aparır. Bu barədə dövlət başçısı Rəcəb Tayyip Ərdoğan bəyan edib («Anadolu»).

Onun sözlərinə görə, məhz bu ölkələrlə Türkiyənin ən böyük ticarət dövriyyəsi var.

Ərdoğan həm də əlavə edib ki, Türkiyə heç vaxt sanksiya və hədələr altında düzən qəbul etməyəcək. «Siz, «təhdid dili» ilə türk xalqını diz çökməyə məcbur edə bilməzsiniz. Biz, hüquq və ədalət prinsiplərindən yaxşı baş çıxardırıq» - deyə, Ərdoğan ölkəsini təhdid edən ABŞ-ı xatırlayaraq, bəyan edib.

Bundan əvvəl, ABŞ-n Ankaradakı diplomatik missiyasında işləyən amerika vətəndaşlarının saxlamasından sonra, Birləşmiş Ştatlar Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib. Ərdoğan isə ABŞ-ı adekvat cavab tədbirləri hədələyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar