Ağstafada sərxoş kişi pəncərə şüşəsini qıraraq özünə xəsarət yetirib

Ağstafa rayonunda sərxoş kişi pəncərə şüşəsinin qırılması nəticəsində xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Köçəsgər kənd sakini Abduləlimov Sərxan Bayram oğlu sərxoş halda pəncərənin şüşəsini sındıraraq əl və bilək nahiyələrini kəsib.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar