“Ərazimizdən Türkiyəyə hücum edilməsinə imkan verməyəcəyik” - Rəsmi Bağdad

İraqın baş naziri Heydər əl-İbadi ölkəsindən Türkiyəyə hücum edilməsinə icazə verməyəcəklərini bildirib.

Baş nazir Türkiyə ilə sərhədlərin qorunmasına dair orduya təlimat verildiyini qeyd edib: “Türkiyə qonşu ölkədir. Ərazimizdən Türkiyəyə hücum edilməsinə imkan verməyəcəyik. Qonşu ölkələrlə içməli suyun bölüşdürülməsi məsələsində anlaşma əldə edəcəyik. Türkiyəyə səfərdə bu məsələ müzakirə olunacaq. Qonşu ölkələrlə açıq müzakirələrə start verəcəyik”.

İbadi ABŞ-ın İrana sanksiyalarına da münasibət bildirib: “Biz bu sanksiyaların ədalətli olmadığını düşünürük. İran qonşumuzdur, qonşuluq münasibətlərinə önəm veririk. Amma İraq dövləti və xalqının maraqları bizim üçün hər şeydən üstündür və onu heç bir şəbəkənin maraqlarına qurban vermərik”.

İbadi qeyd edib ki, İranla ticari əlaqələrdə dollardan istifadə olunmayacaq/Teleqraf.com.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar