«ABŞ Türkiyəni kürəyindən vurdu!» - ƏRDOĞAN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyəni «kürəyindən vurdu».

Xəbər verildiyi kimi, cümə günü ABŞ Türkiyədən idxal etdiyi polad və alüminiuma tətbiq olnan gömrük (idxal) rüsumunu iki dəfə artırdığını elan edib. Bu qərar Türkiyə lirəsinin tarixi çöküşünə səbəb olub.

«Bir tərəfdən, strateji müttəfiqlikdən danışırsınız, digər tərəfdən - öz həmkarınızı kürəyindən vurursunuz. Biz, bunu qəbul edə birlmərik» - Ərdoğan bəyan edib.

Prezident həm də qeyd edib ki, Ankara ABŞ-ın sanksiya təzyiqləri qarşısında geri çəkilmək fikrində deyil.

Ərdoğan eyni zamanda sosial şəbəkələrdə «iqtisadi terrorçuluğun» vüsət almasından danışıb. Onun sözlərinə görə, Türkiyə prokurorluğu belə fəaliyyətin təşəbbüskarları ilə məşğul olacaq.

Bunlardan başqa, Tünkiyə Prezidenti qeyd edib ki, Ankara «öz maraqları nəzərə alınmaqla» Moskva ilə münasibətləri inkişaf etdirəcək.

Bundan əvvəl, Ərdoğan ABŞ-ın sanksiyalarına çavab veriləcəyini vəd etmişdi. Onun sözlərinə görə, Türkiyə «yeni bazarlara üz tutmaq» və yeni birliklər çərçivəsində əməkdaşlığı aktivləşdirmək niyyətindədir.

635x100

Şərhlər

Abit 2018-08-14 00:09:51

Dehşetdi dünya dolların elinde aciz qalıb,bir mütexessis yoxdu ki alternatıv tapa

t.ədalət 2018-08-14 00:09:51

ABŞ-ı kənardan bu qədər asılb-kəsməyə ehtiyac yoxdur.Səs-küydən belə çıxır ki, Türkiyəni ayaqüstə saxlayan elə ABŞ imiş.ABŞ dünyanı və bizim əraziləri işğalla təhdid edən Rusiyanı cəzalandırır.Kimsə özünü Rusiyanın quyruğuna bağlayırsa,onda ABŞ-dan gileylənmək doğru olmur axı.ABŞ-ı söyməkdənsə,bəlkə Rusiya ilə dostluğa yenidən baxmaq lazımdır?Bəlkə Türkiyənin xarici siyasətindəki fetoçuları axtarıb tapmaqla münasibəıtləri yoluna qoymaq olar?

Son yazılar