Qazaxıstan milli valyutası dollara nisbətdə ucuzlaşmaqda davam edir

Qazaxıstan milli valyutası Amerika dollarına nisbətdə ucuzlaşmaqda davam edir.

"Report" "kurs.kz" saytına istinadən xəbər verir ki, avqustun 14-də ölkənin əksər mübadilə məntəqələrində 1 dollar 367 tengeyə satılır. Bəzi məntəqələrdə isə dollar 368-369 tengeyə təklif olunur.

Avqustun 13-də Qazaxıstan Fond Birjasının səhər və gündüz sessiyalarının yekununda ABŞ dollarının orta ölçülmüş məzənnəsi 1 dollar üçün 363,22 tenge təşkil edib.

Milli Bankın avqustun 14-ü üçün məzənnəsi 1 ABŞ dolları üçün 363,2 tengedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar