APA HOLDİNQİN PREZİDENTİNDƏN QƏZƏBLİ AÇIQLAMA! - "Bu hakimiyyətə, bu Dövlətə bu boyda pisliyi eləməyin!"

10 gündən artıqdır fəaliyyəti dayandırılan APA Holdinqin prezidenti Vüsalə Mahirqızı bu gün sükutu pozub. "AzPolitika.info" onun APA ətrafında baş verənlərə müəyyən qədər aydınlıq gətirən açıqlamasını təqdim edir:

"APA Holdinqin üzərində böyük oyunlar qurulduğunu bilirdim. Amma bu oyunu quranların bu qədər açıq müstəvidə və iyrəncliklə oynayacaqlarını təsəvvür eləmirdim, açığı. Görünür, mənim səbrim və sükunətim əsəblərini dözdürmədi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında APA-nın səhvə, hətta kobud hesab ediləcək səhvə yol verməsi bu şirkət üzərində oyunlar oynayanlara fürsət verdi.

Məsələnin mahiyyətində əslində nə dayanır: APA bütün mətnləri Azərbaycan dilində hazırlayır. Əməkdaşımız Ramiz Cürənov (Mikayıloğu) Prezidentin məlum çıxışını AZTV-nin saat 17.00 buraxılışından yazıb. Burda yalnız bir məqsəd olub, məlumatı operativ şəkildə yazmaq və yaymaq. Ramiz illərdir ki, Prezidentin tədbirlərini işıqlandırmaq üçün ezam olunub və heç vaxt səhvə yol vermədən bu işi görüb.

Çıxış Azərbaycan dilində yazılıb və yanlış olaraq “Ermənistan daha da sarsıdılacaq” ifadəsinin əvəzinə “Ermənistan çökdürüləcək” ifadəsi yer alıb. Rus dilinə tərcümədə isə ifadə “Ermənistan diz üstə çökdürüləcək” kimi kobud tərcümə xətası ilə tərcümə edilib.

Online media ilə məşğul olan hər kəs bilir ki, gün ərzində 700-800 xəbərin istehsal olunduğu yerdə belə xətalar ola bilir. Buna nə qədər bəraət qazandırmaq mümkünsüz olsa da, təəssüf ki, səhvlərdən qaçmaq olmur.

Dövlət agentliyində və Prezidentin rəsmi saytında həmin çıxışın mətni yayılan kimi bizim əməkdaşlar dərhal APA-dakı mətnləri bir qayda olaraq onlarla müqayisə edirlər. Mətnlər müqayisə olunub və ifadə səhvi görülən kimi dərhal dəyişdirilib.

Lakin məndən fərqli olaraq rusdilli Eynulla Fətullayev Prezidentin nitqindən yanlış yazılmış və çox kobud səslənən həmin ifadəni saytının başlığında yerləşdirib və Prezident Administrasiyasının müdaxiləsi olmayana kimi də dəyişdirməyib. Hətta dərhal yazının içində APA-dan olan “screen-shot” da peyda olub. Azərbaycanda yüzlərlə sayt, televiziya, agentlik, qəzet APA-nn minlərlə xəbərinə istinad edib, kim indiyə qədər “screen-shot” bazası yığıb?!

Prezidentin mətbuat xidmətinin rəhbəri mənə zəng edəndə artıq APA-da bu yanlış düzəldilmişdi. Lakin mən dərhal Azər Qasımova bildirdim ki, biz buna görə Prezidentdən də, oxuculardan da üzr istəyəcəyik və üzr istədik.

Bu hadisədən dərhal sonra şirkət saytları dayandırıb, bunun təxribat olub-olmadığı araşdırılır.

Lakin görünən odur ki, paralel araşdırmanı da Eynulla Fətullayev yəqin ki, özündən daha çox sifariş aldıqları ilə bir yerdə aparıb və APA-nın bir daha fəaliyyət göstərməməsi üçün “dəlillər” tapıb. Hətta bu dəlillər əlində hazır olduğu üçün hər dəfə mənə “canıyananlıqla” zəng edəndə “APA-nın kitabı bağlandı” fikrini əminliklə deyirdi.

Deməli, APA bağlanan kimi dərhal bu şirkətdə çalışmış şəxslərin sosial şəbəkə dosyelərinin araşdırılmasına başlanıb.

Əvvəla, APA-da işləyənlərin bir qismi vaxtilə aktiv müxalif fəaliyyəti olmuş, digərləri isə müstəqil jurnalistlərdir. Bunun belə olduğu kimə sirr idi ki? İkincisi, müstəqil media orqanı orda hansısa müxalif fikirli jurnalistin işləməsinə görə niyə şantaj olunmalıdır ki? APA və ya Vüsalə Mahirqızı sosial şəbəkədə 187 əməkdaşının nə yazdığını, necə yazdığını güdməlidir? Hələ mən o tərəfini demirəm ki, Eynullanın bizim üçün “komplo” hesab etdiyi şəxslər xeyli vaxtdır ki, APA Holdinqdə işləmirlər.

Eynullanın “Real”çı dediyi Şahin Cəfərli bu il iyul ayının 10-dan bəri APA Holdingdə çalışmır. Özü də siyasi təyinatı doğru yazmaq lazımdır, Şahin mövqe etibarilə müsavatçıdır, amma bildiyim qədərilə o partiyanın da üzvü olmayıb. Şahinin illərdir ki, sosial şəbəkədə yazdığı statuslar Azərbaycan saytlarında, televizyalarında yayılır, o verilişlərə dəvət olunur.

Lakin son vaxtlar daha çox analitik kimi fəaliyyət göstərdiyi və bunun şirkətin maraqları ilə üst-üstə düşmədiyi üçün öz ərizəsi ilə işdən ayrılıb. Bunu mən Eynulla Fətullayevdən əvvəl ona bu yazını hazırlatdıranlara da demişəm.

Fuad Qulubəyli isə heç vaxt APA-nın ştat əməkdaşı olmayıb, həmişə Avropa Şurasında bizimlə əməkdaşlıq edib. Lakin azı bir ildir ki, o, APA ilə belə əməkdaşlıq etmir. Konkret AŞ PA-nın sonuncu sessiyasında APA-nın London müxbiri Aytən Abbaslı Strasburqa ezam olunub, orda işləyib və bütün reportajlarda imzası yayımlanıb. Növbəti sessiyadan azı iki ay keçib.

Mən başa düşürəm, araşdırmalar müsbət nəticə verir, xüsusi, “dişə vurulası” nəsə tapıla bilmir. Allah heç kimi APA-nın keçmiş əməkdaşlarının “facebook” statuslarının ümid qalacaq qədər aciz duruma düşürməsin.

Oysa ki, APA-nın əməkdaşları “milyarderlər ittifaqı” yaradıb, birbaşa Prezidentin əleyhinə işləyən Abbas Abbasovun, Telman İsmayılovun çağırışı və maliyyəsi ilə “biznes klass”larda sifarişli səfərlərə gedib, onlarla içki süfrəsinə oturmurlar. Halbuki, bir jurnalistə bu yaraşar, bir media rəhbərinə isə əsla və əsla.

APA Azərbaycanın ən böyük informasiya yayıcısı idi, burda 187 nəfər çalışırdı. Azərbaycan informasiya məkanında təminatın 70-80 faizini bu media şirkəti edirdi. Sosial şəbəkələrin Azərbaycan seqmentində 1 milyona qədər istifadəçisi olan səhifələrdə xəbər yayımı ilə məşğul idi. APA-nın olmaması təkcə ölkənin media məkanını deyil, həm də ictimai-siyasi sferasının xəbər təminatını, ölkədə fikir formalaşdırmaq cəhdinin eynullalardan asılı edir. Və ən mühüm cəhət, mən APA-nı heç vaxt məmur davalarının poliqonuna çevirmədim. APA heç vaxt heç kimin kürəyindən bıçaq saplamaq üçün istifadə edilmədi, heç vaxt heç kimin qırmızı xəttini keçmədi.

O ki qaldı mənə... Mən Dövlətə, Millətə və Prezidentə hər zaman sadiq olmuşam. Bunu sübut edəcək işim, yaratdığım layihələr, tam 20 illik media fəaliyyətim ortadadır. Bundan artıq nəsə demək istəmirəm.

Eynullaya “həmkar” olaraq nəsə yazmaq istəyirəmmi, əlbəttə yox! Amma məni və APA-nı ona şərlədənlərə deyəcəyim bircə kəlmə var: məni ləkələyəcək adam Eynulla deyil! Heç olmasa, seçəndə iradəsi, yolu, siyasi əxlaqı özümə tən olan birini seçərdiniz. Bu hakimiyyətə, bu Dövlətə bu boyda pisliyi eləməyin!"

Qeyd edək ki, Eynulla Fətullayev "APA agentliyi niyə bağlandı?" sərlövhəli yazısında APA rəhbərliyinə qarşı bir sıra ittihamlar irəli sürüb, "Facebook" statuslarından sitatlar gətirməklə, onun bəzi əməkdaşlarının hakimiyyətə müxalif olduqlarını iddia edib, holdinqin bağlanması bununla əlaqələndirib.

Rasim ƏLİYEV

635x100

Şərhlər

AA 2018-08-14 10:31:19

APA baglananda en çox narahat olan Eli Karimli (AXC Partiyasinin sedri) oldu. Sebebini bilan varsa yazsin.x.e

уasar, rejissor, o.b.n. və 2018-08-14 10:31:19

REDAKOR da kobud səhvlər buraxır? Azərbaуcanı, oz siуasəтi 1998dən "xana"уa salıb! Məbuaтımız da, şoumuz da erməni qrammında səslənir. Prezidenт azərbaуcanlıların İrəvana-aтa уurduna qaуıdışına eуham vuranda işgalçının məтbuaтı arxaуınca, bu bəуanaтın oz əhalisini ovunduracaq novbəтi "uтka" oldugunu (уəni, fikri olan Qarabagı çoxdan geri alardı?), bildirmişdi.

o.b.n 2018-08-14 10:31:19

Vüsalə xanım belə vaxtda 187 ali təshilini işlə təmin etmək özü böyüklükdür.Və ölkəyə düyada baş verənləri,ölkə xəbərlərini isə dünyaya çatdırmaq böyük işdi.1988-də ölkədə baş verənləri dünyaya çatdıracaq xəbər agentliyi olmadı,nəticədə düşmən öləkənin vedikləri xəbərlərə inandılar.Buda bizə bir zərbə oldu.Xanim istər təbiətdə,istərsə cəmiyyətdə parazit orqana daxil olur və daxildən məhv edir gərək ayıq olaydınız.Görünür qapalı məkan yaratmaq istəiyirlər ona görə o parazitin vasitəsilə bir bəhanə düzətdilər

rejissor 2018-08-14 10:31:19

İTV-dən qovulan əməkdaşların sayı 150-ni keçib. Niyə hamı susur?

yasar 2018-08-14 10:31:19

... ele bir bir rus azerbaycan dilinde yazib. gor pesekar jurnalistlere kimler rehberlik edir

Aуdəmir Agdərəli 2018-08-14 10:31:19

Səhv eтmirəmsə, E.Fəтullaуev тəxminən 2003-cü ilə qədər müxalifəтçi rolunu oуnaуıb. Gorünür, o, bu dəfə prezidenтi erməni məтbuaтından qorumalı olub? Deуəsən axı, çıxışda heç də "sıxışdıracagıq" deуil, уalnız "çokdürəcəуik" ifadəsi səslənib? Düzəlişsiz sтenoqrama bir daha diqqəтlə qulaq asmaq olar. Aтa уurdu Qarabagdan qovulmuş azərbaуcanlıları ovunduracaq, bundan da güclü siуasi şüarlar buraxılıb. Nə dəуişib ki?

miri 2018-08-14 10:31:19

Vüsalə xanım. Bilməlisiniz ki, bütün dünyada xəyanət edənlər "missiyası bitənə" kimi istifadə olunur. APA nin yaranma siyasəti isə "müxalif fikirli yazar və siyasiləri nahaqqa inteqrasiya etdirmək" olub. Bunu isə bacardığınız qədər edə bildiniz . Artıq "missiya" bitib. Eynulla isə bütün əyrilikləri hazır biri kimi, hələ bu "meydanda at oynadacaq". Sizlər isə çox narahat olmayın: yeni ampulada yeni "qayıdış"iniz uzun çəkməz. Onda bizlər daha "təmiz"(haqqdan təmizlənmiş) komandaniza baxıb Mirşahinin olənlərinə rəhmət oxuyariq.

omer 2018-08-14 10:31:19

Cox boyuk yanliwdig olub.amma menim fikrimce burda sehv baw vermeyib..daha gujdu yarimaq istemisiniz lakin derinliyi duz sece bilmemisiniz.

Vusal 2018-08-14 10:31:19

BU məqaləni Vusale Feysbuk sehifesində paylaşmışdı, şərhlərə də cavab verirdi, birdən nə oldusa özü səhifəni bağladı və işçiləri də onun məqaləsini çıxardılar FB-dan))) yazanda arxasında durmaq lazımdır

G.M 2018-08-14 10:31:19

Bədddbəxtt Millətik..Kimsə komandirinə yalvarır ki,`` vur komandir düşmənin təyyarəsin vur!``..kimsə ``Düşmənə diz çökdürəcəyik`` sözünə görə ağır cəza alır.Siz deyin biz hara gedirik..niyə bu gündəyik.bəlkə hamılıqca məhv olaq canımız qurtarsın.

t.ədalət 2018-08-14 10:31:19

Prezidentin çıxışı üzərində əl gəzdirmək yaxşı iş hesab olunmur.Bir də ki indi APA-ya elə bir ehtiyac yoxdur.İnformasiyaların hazırlanıb ötürülməsində səriştəli saytlar və peşəkar jurnalistlər yetərincədir.O ki qaldı Eynulla Fətullayevə,əlbəttə, o güclü yaradıcılıq imkanları ilə seçilir.Vaxtı ilə polislərin əlinə işləyən APA-nın E.Fətullayevlə mübarizəyə girişməsi uğurlu olmayacaq.

REDAKTOR 2018-08-14 10:31:19

EYNULANİN BASİNA PLOSAD FONTANDA BUTULKA DEYƏSƏN YAXSİ DƏYMƏYİB. O Kİ QALDİ VUSALƏYƏ TƏBİ BU AYRİLMAZ BİR PARCALARDİR YA. NƏ UCUN? ONA GORƏKİ BİNLARİN İKİSİNİ DƏ 1998-Ğİ İLDƏN YAXSİ TANİYİRAM. HƏTTA VUSALƏ BELƏ İSCİM OLUB İNTERNET RKSPRESSDƏ. EYNULAİ DA KƏSF ETMƏYƏ DƏYMƏZ...

adil 2018-08-14 10:31:19

Dövlət və dövlətçilik pişik günellərin, Röyaların,Aygünlərin, Toliklərin EYNULLALARIN ömüdünə buraxələb deyə kül olub başəna. Eynullah və Mirşahin bu hakimiyyətə pataloji nifrəti olan 2-3 savadlı jurnalistlərdəndir. Amma bu tərifdən ötrü ölən siyasi idarəetmənin hesabına media imeratoruna çevrilməkdədirlər..

APA-nın sabiq işçisi 2018-08-14 10:31:19

Vüsalə xanım görəsən bu dövlətə, bu millətə hansı xidmətləri edib ki? APA-nın hesabına özünə və bütün ailəsinə gün ağlayıb. Hamı bilir ki atası, qardaşı, yaxın qohumları harada işləyirlər. Guya bu millət APA-sız keçinə bilməz. Sən və ailən APA-sız keçinə bilməzsiniz! Lap balıqçının nağılı yadıma düşür... "Künefe Evi" də pis deyil a !!!

Rufat 2018-08-14 10:31:19

"Реальный Азербайджан" qezitinin ixtiyari nömrəsini tapın, bircə səhifəsini oxutdurun Eynullanın özünə. Dünənini unudandan sabah gözləməyin.

EWDER 2018-08-14 10:31:19

KIME LAZIMSINIZ,SIZ A P A...GIRERSINIZ...Y A P a.QATAR GETDI.EWDER OL CANI

tariyel 2018-08-14 10:31:19

Sənin Eynulladan fərqin yoxdur, Vusalə Mahirqızı

Oblomov 2018-08-14 10:31:19

Millətə xidmət deyərkən nəyi nəzərdə tutur görəsən?Yəmişə yeriniz isdi,ortanız dolu olub.Elə bilirdiniz həmişə belə olacaq.Ay hay...

Bəhram Qarabaglı AAуa 2018-08-14 10:31:19

Hakimiууəт naminə haу-daşnaqla razı çalışma? Уeddi işgal raуonun hər birindən dovləт ildə bir-iki milуard manaт iтirir. Heç kəs də Qarabag həllini kəskin qoуmur? ABŞ on illərdir ildə bir-iki milуard dollar gəтirəcək İraq və Suriуada siуasi-hərbi müharibə aparır. "Lüтləуən" xam siуasəтçilər isə bəуan edirlər ki, işgalçını kimsə "lüтləуəcək"? Həуaтda ozgədən ozəl mocüzə olmur. Ulu Тanrı demişkən-"Səndən hərəkəт, Məndən bərəkəт!" Dünуa bu işdə müxalifəтdən də kəskin siуasi-hüquqi ifadə eşiтməуib?

Son yazılar