Azərbaycanın ixrac etdiyi qara kürüyə nəzarətin gücləndirilməsi təklif olunur

Dünya bazarına qanunsuz yolla çıxan qara kürünün həcminə görə Ukrayna liderdir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dünya Vəhşi Təbiət Fondunun (World Wildlife Fund - WWF) "Qara bazarın beynəlxalq bazarı" adlı hesabatında qeyd olunub.

Araşdırmanın nəticəsinə görə, qanunsuz yolla Avropa bazarına çıxarılan qara kürünün 81%-nin, ABŞ bazarında çıxarılan qara kürünün isə 95%-nin hansı ölkənin istehsalı olduğu gizli saxlanılsa da, həmin məhsulları əsasən Ukrayna ixrac edir. Bu siyahıda Rusiya və İran da var.

Araşdırmanın müəllifləri hesab edirlər ki, Avropa ölkələri Azərbaycan da daxil olmaqla Xəzəryanı ölkələrin, eləcə də Ukraynanın ixrac etdiyi qara kürüyə nəzarəti artırmalıdırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar