«Türkiyədə iqtisadi qeyri-sabitlik üçün heç kim maraqlı deyil» - Merkel

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bazar ertəsi Berlində Bosniya və Hersoqovina nazirlər şurasının sədri Denis Zvizdiçlə görüşdən sonra, Almaniyanın kansleri Angela Merkel bəyan edib ki, ölkəsi Türkiyə iqtisadiyyatının inkişafını istəyir və qeyri-sabitliyin yaşanmasında şeç kim maraqlı deyil.

«Heç kim Türkiyədə iqtisadi qeyri-sabitliyin yaşanmasında maraqlı deyil. Biz, Avropanın xarici sərhədləri yaxınlağında stabil iqtisadi durumdan gəlir əldə edirik. Almaniya iqtisadi cəhətdən çiçəklənən Türkiyəni görmək istəyir - bu, bizim maraqlarımız daxilindədir» - deyə, Merkel bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar