“PAŞA Holdinq”in struktur bölməsi daha bir yeni şirkət yaradıb

Vergilər Nazirliyi (VN) avqustun 10-da “PMD Hospitality” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib və holdinqin strukturuna daxil olan “PMD Group” MMC-nin törəməsidir.

Onun nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi isə Fərid Fərhad oğlu Musayevdir.

Xatırladaq ki, bu, “PMD Group”un son 2 ayda yaratdığı 2-ci yeni şirkətdir. Bu il iyunun 18-də VN “PDM Projects” MMC-ni dövlət qeydiyyata almışdı. Həmin şirkət də yuxarıda qeyd olunan hüquqi ünvanda, amma 10 min manat nizamnamə kapitalı ilə yaradılıb. PDM Projects”in qanuni təmsilçisi Dəyanət Bayrambəy oğlu Sədullayevdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar