XİN Qarabağdakı gözlənilən təxribatla bağlı araşdırmaya başladı

Tanınmamış və qismən tanınmış ölkələrin futbolçularını birləşdirən Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) 2019-cu ildə Avropa Kuboku yarışlarını işğal altındakı Dağlıq Qarabağ torpaqlarında keçirməyi qərara alıb.

Bu barədə Ermənistan KİV-ri məlumat yayıb. Xəbərdə qeyd olunur ki, turnir iyun ayında baş tutacaq.

Həmçinin, turnirdə qondarma Dağlıq Qarabağ Respublikası ilə yanaşı, Abxaziya, Dnestryanı, Şimali Kipr Türk Cümhuriyyəti, Cənubi Osetiya, Monako, Qaraçı yığması və s. tanınmayan yaxud qismən tanınan bölgələr daxil edilib.

Turnirdə Şimali Kipr Türk Cümhuriyyətinin yer alması birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a qısa açıqlama verib.

“Bu məsələ aidiyyatı üzrə öyrənilir və araşdırılır”-deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar