Təcili yardım yolun bərbadlığı səbəbindən ünvana çata bilməyib

Abşeron rayonunun Qobu qəsəbəsində təcili yardım yolun bərbadlığı səbəbindən ünvana çata bilməyib.

"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qəsəb sakini, 1964-cü il təvəllüdlü Reyhan Məhərrəm qızı Quliyevanın səhhəti kəskin pisləşdiyi üçün yaşadığı ünvana həkim briqadası çağırılıb, lakin yolun keçilməzliyi səbəbilə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) avtomobili çağırış olan əraziyə çata bilməyib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xəstəni xərəklə TTTYS-nin avtomobilinin olduğu əraziyə çatdıraraq həkim briqadasına təhvil veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar