Bu il kriptovalyuta bazarının kapitallaşması 70% azalıb

Dünya üzrə kriptovalyuta bazarının kapitallaşması bu il ilk dəfə 200 mlrd. ABŞ dollarından aşağı düşüb.

"Report" "CoinMarketCap"a istinadən xəbər verir ki, hazırda kapitallaşma göstəricisi 191 mlrd. dollar təşkil edir ki, bu da ilin əvvəlinə nisbətən 70% azdır.

7 ay bundan əvvəl kapitallaşma göstəricisi 814 mlrd. dollar idi.

Qeyd edək ki, dünyanın aparıcı kriptovalyutaları ucuzlaşmaqda davam edir. Məsələn, bitkoinin qiyməti ötən gün 7% azalaraq 6 min dollara, "Etherium"un qiyməti isə 18,2% azalaraq 261 dollara düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar