LUKAŞENKO 2 NAZİRİ İŞDƏN QOVDU - Birini isə zavoda işləməyə göndərdi! (VİDEO) 

Vitebsk vilayətindəki zavodların birinə səfər edən Belarus prezidenti hökuməti sərt tənqid edib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla bildirir ki, yerindəcə iki naziri işdən qovan Aleksandr Lukaşenko insanların məmurlara nifrət etməsinin əsas səbəbi kimi onların öz işlərinə məsuliyyətsiz və etinasız yanaşmalarını göstərib.

Vitebsk qubernatoruna şiddətli töhmət elan edən Lukaşenko sənaye naziri Vitali Vovku işdən azad edərək, zavoda işləməyə göndərib. Nazirin burada hansı vəzifə tutacağına tam aydınlıq gətirməyən prezident, onun şəxsən zavodu düşdüyü çətin vəziyyətdən çıxarmalı olduğunu deyib. Lukaşenko sənaye naziri ilə birgə arxitektura və tikinti nazirini də istefaya göndərib.

Həmçinin, Dövlət Hərbi Sənaye Komitəsi və Təhlükəsizlik Şurasının sədrlərinin də vəzifələrinin öhdəsindən gələ bilmədiklərini vurğulayan Belarus prezidenti, payıza qədər hərbi-sənaye kompleksində vəziyyəti düzəltməyəcəkləri təqdirdə, onların ciddi şəkildə cəzalandırılacaqlarını bildirib.

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2018-08-14 23:19:51

İsa,qardaşım krasnaya liniya internet telekanalına girib xüsusi reportajlar bölməsində "Formula Qrudinina" və "Kak Kazankov pokoril Evropu" verlişlərinə bax.Əsl kollektiv təsərufatın nə olduğu orada açıq-aydın görünür.

isa 2018-08-14 23:19:51

Mənim Lukaşenkoya böyük simpatiyam var.Bütün məmurlar ondan qorxurlar.Qorxu olan ölkələrdə qanunlar işləyir.Belarusiyada hələ də kolxozlar var və bu insanların yaşayışına müsbət təsir edir. bizdə də İsmayilli rayonunun İvanovka kəndində kolxoz var və oranın sakinləri başqa rayonlarımızın sakinlərindən yaxşı yaşayırlar.Kolxozları yox etdik,əvəzində fermermerləri yaratdıq, onlarında kombayınları,traktorları yox.Kollektiv təsərufatları yenidən yaratmaq lazımdır.Yenilərini qurmadan köhnələri dağıtdıq.

Baуrama 2018-08-14 23:19:51

Siz, iri vəzifələrə уuxarı səviууənin əsas тələbini nəzərə almırsınız?Gorünür ki, 1-ci ozü уaxına geтməуib, 2-ci dogru bolüşməуib, 3-cü də araçıdan уan keçib? Burada baş prinsip eтikeтdir! S.Məmmədov, E.Priverdi və Meтro şefləri də zəruri "sıxı əlaqə"də çalışırlar.

Bayram 2018-08-14 23:19:51

Ziya Məmmədovu Bakı-Quba yolunun təmiri üçün iş icaçısı, Tağı Əhmədovu metro qatarında maşinist, Etibar Pirverdiyevi eltrik stansiyaya montyor və s. göndərmək lazım idi.

Əhməd 2018-08-14 23:19:51

kiŞİNİN SÖZÜNÜN KƏSƏRİ VAR DEDİ BOLDU

G.M 2018-08-14 23:19:51

Yolu Bakıdan düşsəydi,bizdə olan harın İH Başçılarını ... nazirlərimiz başda olmaqla 10-15 məmurumuzu da Bakıdan qovardı.Millət bir az dincələrdi.

R-n 2018-08-14 23:19:51

Dovlet bashcisi bele olar

Son yazılar