Türkiyənin xəzinə və maliyyə naziri: "Birjalarda təşviş yoxdur"
Baxiş sayı:
Dərc olunub:
14/08/2018 - 18:40
"Bu gün bir çox ölkələr başa düşür ki, dollara olan inam azalır".
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak deyib.
Bununla belə, onun sözlərinə görə, hökumət ölkənin milli valyutasının məzənnəsinin qorunması istiqamətində daha güclü addımlar atacaq.
"Son 5 ildə Türkiyəyə qarşı Qərb dövlətlərinin etdiyi hərəkətlərə baxmayaraq, xalqımız çətinliklərdən çıxdı. Bütün bunlar zəif nöqtələrimizi göstərdi. Lirəni qoruyacağıq, onunla davam edəcəyik. Bir çox bank rəhbərləri işlərini koordinasiya edir", - deyə nazir bildirib.
O eyni zamanda əlavə edib ki, məzənnə böhranına baxmayaraq, Türkiyə birjalarında təşviş yoxdur.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.