İtaliyada körpünün uçması nəticəsində ölənlərin sayı 35-ə çatıb - VİDEO

Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

“Report” xəbər verir ki, hadisə qurbanları barədə son məlumatları İtaliyanın nəqliyyat nazirinin müavini Eduardo Riksi verib.

"Onlar 70 metr yüksəklikdən düşüblər. Bu faciədir, əsl fəlakət", - deyə "Il Mattino" nəşri siyasətçinin sözlərini sitat gətirib.

Qəza nəticəsində onlarla insan ciddi xəsarət alıb. Onların arasında körpü uçan zaman üzərində olanlarla yanaşı, yaxınlıqda yerləşən və dağıntıya məruz qalan evlərin sakinləri də var. Onlarla insan itkin düşmüş hesab edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar