«İraq ABŞ-ın anti-İran sanksiyalarını yerinə yetirmək niyyətində deyil» - əl-Abadi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bazar ertəsi İraqın Baş naziri Haydar əl-Abadi bildirib ki, İraq hakimiyyəti İranla ticarət əməliyyatlarında dollardan imtina edir və Amerika Birləşmiş Ştatlarının (ABŞ) bütün anti-İran sanksiyalarna əməl etmək niyyətində deyil.

«İrana yönəlik bizim öhdəliklərimiz tranzaksiyalarda ABŞ dollarının istifadəsindən imtina edilməsindən ibarətdir, Amerika saksiyalarına sadiq qalmaqdan yox» - deyə «Əl Sumariyə» telekanalı hökumət başçısından sitat gətirir.

Bundan əvvəl, İraqın baş naziri Haydar Əl-Abadi bəyan edib ki, Bağdad anti-İran sanksiyalarına qarşıdır, amma onlara əməl etməyə məcburdur. Prezident Fuad Maasum da öz növbəsində, qeyd edib ki, İraq hakimiyyəti ABŞ-İran qarşıdurmasında neytrallığı sazlamalıdır. Birtərəfli restiksiyalara qarşı İraqın aparıcı şiə siysətçiləri, o cümlədən, vitse-prezident Nuri əl-Maliki çıxış edirlər.

Rəsmi Bağdadın mövqeyi Tehranda və ərəb ölkəsinin siyasi dairələrində birmənalı peaksiya doğurmayıb.

Bir qədər sonra, İraqın milli təhlükəsizlik Şurası, başda əl-Abadi olmaqla, bəyanatla çıxış edib. Bəyanatda İslam Respublikası ilə strateji münasibətlərin saxlanmasının qaçılmaz olduğu bildirilir və Baş nazirin İrana yönəlik bəyanatlarının «yanlış interpretasiyası» rədd edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar