Trampın «alovu» rupini də vurdu! - Tarixi minimuma endi...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Hindistan rupisi bugünkü alqı-satqı prosesində rekord aşağı səviyyəyə enib və ilk dəfə olaraq 1 dolların qarşılığında 70 rupi həddini aşıb.

Çərşənbə axşamı rupi 70,08 həddinə qədər enib və bu il Asiya ölkələrinin valyutaları arasında autsayder mövqeyini saxlayıb. Sonradan Hindistan valyutası yüksəlişə doğru irəliləyib və Mumbaidəki alqı-satqının dayanması anına 0,1 faiz qalxaraq, 69,8963 həddində qərarlaşıb («Vesti Ekonomika»).

Beləliklə, rupi inişaf etməkdə olan bazarlarda alqı-satqıda ən çox zərər çəkən valyutalar sırasına düşüb. Bu da Türkiyədəki vəziyyətlə bağlıdır («Bloomberq»).

Görünür ki, rupinin zəifləməsi Hindistan ehtiyat Bankı tərəfindən əlavə tədbirlərin görülməsini qaçılmaz edəcək.

Daha zəif valuta, qiymətlərə Mərkəzi bank tərəfindən nəzarət olunmasını çətinləşdirir, çünki idxalı daha da bahalaşdırır.

Hindistan Ehtiyat bankının monetar siyasət Komitəsi artan qiymət təzyiqini məhdudlaşdırmaq üçün iyun ayından üzübəri faiz dərəcəsini 2 dəfə qaldırıb. Mərkəzi bank valyutanın voatilliyini saxlamaq üçün ehtiyat fondundan 23 milyard dollar xərcləyib.

Bax, belə... Bunun adına reyderlik - «dollarla soyğunçuluq» deyərlər...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar