Genuyada 2 günlük matəm elan olunub
Baxiş sayı:
Dərc olunub:
15/08/2018 - 00:01
İtaliyanın Genuya şəhərində insan tələfatı ilə nəticələnən avtomobil körpüsünün uçmasından sonra 2 günlük matəm elan olunub.
“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə şəhər meriyasının məlumatında bildirilir.
"Genuya meriyası, bu səhər bütün şəhər əhalisinin körpünün uçması nəticəsində həyatını itirmiş insanların yaxınlarına başsağlığı, həmrəylik və yaxınlığının bir əlaməti olaraq, 15 və 16-sı tarixlərini matəm günü elan edir", - deyə məlumatda qeyd olunur.
Çərşənbə və cümə axşamı günləri kommuna, dövlət idarələri və şəhərin tədris müəssisələrində Genuya, İtaliya və Avropa İttifqının bayraqları endiriləcək. Matəm əlaməti olaraq bütün əyləncəli tədbirlər ləğv ediləcək.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.