Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykota başladı! - Ərdoğan elan etdi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaradakı çıxışı zamanı bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyalarına cavab olaraq, Türkiyə ABŞ istehsalı olan elektron məhsullara boykot elan edib.

Onun sözlərinə görə, hazırda Türkiyəyə qarşı «iqtisadi hücum» həyata keçirilir.

«Əvvəllər belə şeylər daha üstüörtülü edilirdi, indi isə onlar açıq şəkildə bizim üstümüzə gəlirlər. Biz, iki şeyi sərgiləyə bilərik: iqtisadi və siyasi mövqe. İqtisadi mövqedən biz, ölçülər götürürük - bizim Maliyyə nazirliyimiz və Xəzinədarlığımız gecə-gündüz işləyir. Bundan başqa, biz, ABŞ-da istehsal olunan elektron məhsullara boykot elan edəcəyik. Onların «iPhone»si var, ancaq digər tərəfdən, «Samsung» da var axı...» - deyə, Ərdoğan bəyan edib.

Prezident qeyd edib ki, Türkiyə yerli telefon markası olan «Venus Vestel»dən istifadə edəcək. Onun sözlərinə görə, ölkə bütün lazım olanları özü istehsal etmək gücündədir.

«Xaricdən pulla nələri isə sifariş etmək əvəzinə, biz daha yaxşısını istehsal edəcəyik və onlara təklif edəcəyik. Bizim xalqımız buna qadirdir. Biz, ABŞ-dan PUA (pilotsuz uçan aparat) xahiş edəndə, onlar nə cavab verdilər? «Konqres icazə vermir» - dedilər. Olmazdı xoşbəxtik, ona da bədbəxtlik kömək etdi. İndi biz, onları özümüz istehsal edirik - problem yoxdur. Həm də lazım olan qədər istehsal edirik» - deyə, Türkiyə Prezidenti əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar