"Dünyanı idarə edən ailənin" ən yaşlı üzvü bazarları şərh etdi - "Narahatam"

Dünya iqtisadiyyatına istiqamət verdiyi söylənən ailələrdən biri olan Rotşild ailəsinin ən yaşlı üzvü Yakob Rotşild (Jacob Rotschild) qlobal maliyyə sistemi ilə bağlı narahat olduğunu bildirib.

"Marja" xəbər verir ki, Dünyanı idarə edən ailələrdən biri olduğu tez-tez nəzəriyyəçilər tərəfindən dilə gətirilən, ABŞ Mərkəzi Bankının təsisçilərindən Rotşild ailəsinin ən yaşlı üzvü Yakob Rotşild qlobal maliyyə sistemi ilə bağlı narahat olduğunu deyib.

Yakob Rotşild, "11 Sentyabrda və 2008 maliyyə böhranında dünyanın bütün gücləri ümumi bir məqsəd üçün çalışdılar. Bu gün bir yerdə işləmək çox çətindir, bu, İkinci Dünya Müharibəsindən sonra qurulan iqtisadi sistemi təhlükəyə atır",- deyib.

Rotşild bazarlarda 10 ildir ki, görülən "rallinin" (qiymətlərin yüksəlməsinin ) sona çata biləcəyini deyib.

Məşhur investor, "10 illik müsbət dövran sona çatır. Bu müddət bir rekorddur. Aşağı iqtisadi inkişaf rəqəmləri görürük. Faizlər yüksəlir. Fed dolların "kranını" bağlayır" deyib.

Rotşild dünya hökumətlərinin bir yerdə işləmək əzmini göstərməməsinin baş verən iqtisadi çətinlikləri artıracağını qeyd edib.

Rotşild ailəsi 18-ci əsrin sonlarından başlayaraq Avropanın müxtəlif mərkəzlərində banklar yaradan yəhudi mənşəli alman bir ailədir. Ailənin tarixin ən böyük sərvətini yığdığı iddia edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar