Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA

"Bu il Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə 200 manatlıq pul nişanı dövriyyəyə buraxılıb."

Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev Modern.az-ın sorğusuna cavab olaraq 200 manatlıq əskinaslar haqda açıqlama verib.

O deyib ki, ölkə iqtisadiyyatının dinamik inkişafı dövründə baş verən dəyişiklikləri, dövriyyədə olan nağd pulun strukturunun optimallaşdırılmasını nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsi məqsədilə 24 may 2018-ci il tarixdən etibarən tədavülə yeni 200 manatlıq pul nişanı buraxılıb.

“Qeyd etmək istərdik ki, Mərkəzi Bank tərəfindən iqtisadiyyatın nağd pula, o cümlədən 200 manatlıq pul nişanlarına olan tələbatının vaxtında, tam həcmdə və adekvat strukturda ödənilməsi təmin edilir”-deyə o bildirib.

635x100

Şərhlər

o.b.n 2018-08-15 12:10:18

Yetim ABŞ yarandığı 242 ildə bir Dinamik inkşaf tapmadıki oda iri əskinaz buraxa,ən iri pul vahidi 100 dollar olaraq zibil kimi bütun yer kürəsin bürüyüb, saray dilində «göyərti dəstəsi» kimi alçalıb.Qonşusu Venezuela isə elə Dinamik kurs götürüb ki, pulun üstündəki rəqəmi oxumaq üçün gərək bizim tv-dən savad alasan.

t.ədalət 2018-08-15 12:10:18

Heydər Əlkiyevin də öz xidmətləri var.Xalq bunu danmır.Amma onu müstəqil dövlətin qurucusu adlandırmaqla özümüzü aldadırıq.Biz istəsək də,istəməsək də,nəinki Azərbaycanda,eləcə də Şərqdə ilk müstəqil və demokratik dövlətin qurucusu dünyanın da tanıdığı Məmməd Əmin Rəsulzadədir.Yalanlar heç kəsə şərəf gətirmir..

Hörmətli oxucu!-ya 2018-08-15 12:10:18

Hörmətli oxucu! Burada başa düşməyəsi nə var ki. Namiq m-m deyir ki 200 manatlıq pul nişanı ilə "ölkə iqtisadiyyatının dinamik inkişafı daha yaxşı" təşkil ediləcək. 100 manatlıq pul nişanı ilə bu dinamik inkişafı təmin etmək mümkün deyidi. Məgər görmürsüz ki neçə illərdir ABŞ 100 dollar pul nişanı ilə dinamik inkişafa nail ola bilmir.

Hörmətli oxucu! 2018-08-15 12:10:18

Bismillahir-Rəhmanir-Rəhim. Vallah-billah -Namiq Əliyev oxucuya nə demək istəyini çox çətin başa düşmək olur.Yəni yazını çox qəlizləşdirir.Olmaz ki, sadə yazsın. Yeri gəlmişkən onu da deyim ki,mən Nadir şah Əfşara həsr olunmuş “Nadirnamə” kitabını yarıya qədər oxumuşam. Amma onun yazdığını çox çətin başa düşürəm.O deyir ki, “ölkə iqtisadiyyatının dinamik inkişafı dövründə baş verən dəyişiklikləri, nəzərə alaraq.” –Nə qədər düzdür? Yəni dinamik inkişaf və baş verən dəyişiklikləri olmasa nağd pul lazım deyir?

Son yazılar