Şimali Koreya lideri Putinlə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina teleqramında onunla görüşməyə hazır olduğunu bildirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi məlumat yayıb.

“Yaxın vaxtlarda Sizinlə görüşərək, ikitərəfli münasibətlərlə bağlı təcili məsələləri və mühüm regional məsələləri müzakirə etməyə hazıram”, - deyə Putinin Koreyanın yapon işğalından azad olunmasının 73-cü ildönümü ilə bağlı ünvanladığı təbrikdə deyilir.

“Əminəm ki, birgə hərəkətlərimizlə biz – Rusiya, Şimali Koreya və Koreya Respublikası üçtərəfli layihələrdən başlayaraq, qarşılıqlı faydalı əməkdaşlığı gələcəkdə də inkişaf etdirə biləcəyik”, - deyə Putin qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Şimali Koreya lideri Kim Çen In Sinqapurda ABŞ prezidenti Donald Trampla görüşmüşdü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar