Beş gün əvvəl Balakəndə itkin düşən kişinin meyiti tapılıb
Baxiş sayı:
Dərc olunub:
15/08/2018 - 13:31
Beş gün əvvəl Balakən rayonunda itkin düşən kişinin meyiti tapılıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 1950-ci il təvəllüdlü Süleyman Müslüm oğlu Ramazanovun meyiti sakini olduğu İtitala kəndi ərazisində aşkar edilib.
Məlumata görə, 68 yaşlı kənd sakini selə düşüb və meyiti də su çəkildikdən sonra aşkarlamaq mümkün olub.
Qeyd edək ki, S.Ramazanov avqustun 10-da itkin düşüb. Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunmuşdu.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.