Rauf Rəcəbov İTV-dən uzaqlaşdırıldı – “Təmizləmə” davam edir

İTV-nin Gənclər, Elm və Təhsil Departamentinin direktoru Rauf Rəcəbov işdən çıxarılıb.

BakuPost-un məlumatına görə, onun işdən azad olunması ilə bağlı ərizəsi bir neçə gün əvvəl alınıb.

Xəbərə görə, İTV-nin yeni rəhbəri Balakişi Qasımovun göstərişi ilə R.Rəcəbovla yanaşı bir neçə nəfər də vəzifəsini itirib.

Qeyd edək ki, Rauf Rəcəbov 2005-2011-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Milli Azlıqlar ücün Verilişlər Departamentinin direktoru vəzifəsində çalışıb. 2011-2013-cü illərdə İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktor müavini və Baş redaktoru olub.

2013-2015-ci illərdə İctimai Televiziyanın Səhər Proqramları Departamentinin direktoru vəzifəsində çalışıb. 2016-cı ilin yanvar-iyun aylarında İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktor müavini, iyun-sentyabr aylarında isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru vəzifəsində çalışıb.

2016-cı ilin sentyabr ayından 2017-ci ilin iyun ayınadək İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktoru olub.

2017-ci ilin iyun ayından İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil Departamentinin direktoru, eyni zamanda İTV-də yayımlanan "Sənədli Detektiv" verilişinin müəllifi və aparıcısı olub.

635x100

Şərhlər

Zabil şantajyor 2018-08-15 16:17:43

Bu neçə illərdi "xeyixah"işlərnən məşğuldu.Hamını bu yola salırdı.Bunu niyə çıxarıblar?Kim buna cürət edibsə şir ürəyi yeyib.Yəqin tanımayıblar narahat olma qaytarallar.

Rəhim-paren iz Baku 2018-08-15 16:17:43

İctimaidən 150-dən çox insan işdən çıxarılıb.O arxasız insanlardan niyə yazmırsız? Orda sözün əsl mənasında işçilərə zülm olunur.Açıq formada deyilir ki,qanun zad hərləmirik.Peşəkar,savadlı,aztəminatlı,məcburi köçkün,şəhid övladı bir sözlə fərq eləmir kimsən.Gözlərinə görünən kim var ərizə istəyirlər.

Son yazılar