Sabirabadda gənc sevdiyi qızın qohumları tərəfindən bıçaqlanıb

Sabirabad rayonunda gənc sevdiyi qızın qohumları tərəfindən bıçaqlanıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Əli Pənah oğlu Bağırov sevdiyi qızın qohumları tərəfindən döyülüb və daha sonra bədəninin müxtəlif yerlərinə bıçaq xəsarətləri yetirilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar