GÜRCÜSTANDA İSTİRAHƏT: BAHA VƏ KEYFİYYƏTSİZ... - “Çox acınacaqlı durumla qarşılaşdıq”

Son bir neçə ildə qonşu Gürcüstanda turizm sektorunun inkişafı və yaradılan şərait barədə az qala əfsanələr dolaşır. Elə ilbəil bu ölkəyə istirahət və müalicə üçün üz tutan həmvətənlərimizin sayı da durmadan artır.

Ancaq bu il qonşu ölkəyə gedən turistlərimizin arasında vəziyyətin ötən illərlə müqayisədə xeyli dəyişdiyini deyənlər də az deyil. Məsələn, redaksiyamıza müraciət edən Nurəddin Yolçuyev artıq dördüncü dəfədir səfər etdiyi Gürcüstanda qarşılaşdığı durumdan çox məyus olduğunu bildirir: “Haqq naminə deyim ki, əvvəlki üç səfərimizdə (bir dəfə Batumi, iki dəfə Sairme müalicə-istirahət mərkəzi) oradakı xidmətdən çox razı qaldıq. Ancaq builki səfərimizdə (24 iyul-3 avqust) əvvəlki müalicə və xidmətdən əsər-əlamət görmədik.”

N.Yolçuyev deyir ki, sözügedən müalicə-istirahət mərkəzində qiymətlər əvvəlki illərlə müqayisədə az qala iki dəfə - günü 89 dollardan 150 dollaradək bahalaşıb. Qiymətin bahalaşmasına paralel olaraq, xidmətin və qidalanmanın keyfiyyətinin dəfələrlə aşağı düşdüyünü bildirən həmyerlimiz peşimançılığını gizlətmir: “Belə ki, yerləşdiyimiz mehmanxana dörd ulduzlu göstərilsə də, heç iki ulduzluya çatacaq səviyyədə deyildi. İkinəfərlik, vur-tut 12 kv.m–lik nömrənin 2 kv. m.–ində bir nəfərin belə sərbəst davrana bilməyəcəyi vanna-tualet otağı yerləşirdi, internet yox dərəcəsində idi. Yeməkxana sovet dönəminin ən pis vəziyyətdə olan fəhlə yeməkxanasını xatırladırdı – məşhur gürcü mətbəxindən əsər-əlamət olmayan menyu və sair! Bundan başqa, həkim müayinəsi guya pulsuz olduğu halda, müalicə prosedurlarına görə əlavə olaraq bizdən bir nəfər üçün 30-40 lari, yəni təxminən 30 manat alırdılar...”

Həmvətənimiz Azərbaycandan gələn turistlərlə digər əcnəbilər arasında fərq qoyulduğunu da bildirir: “Müqayisə üçün qeyd edim ki, bizimlə eyni mehmanxanada yerləşdirilmiş qazaxıstanlı turistlərdən 10 günlük müvafiq müayinə-müalicə kursuna görə, nəqliyyat xərcləri də daxil olmaqla, cəmi 1300 dollar alınıb. Bu məbləğə bütün müayinə və prosedürlər də daxil idi. Bizdən isə nəqliyyat xərclərini özümüz ödəmək şərtilə 1500 dollar və müayinələrə görə əlavə vəsait alındı...”

Sonda N.Yolçuyev Gürcüstanın layiq olduğundan çox reklam və tərif edildiyini vurğulayaraq, oraya üz tutan həmvətənlərimizi bir daha düşünməyə çağırır.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

helime 2018-08-15 16:58:32

gurcustanda ela istirahet etseniz bele,qayidanda serhed-kechid menteqesinde burnunuzdan getirilecek,narahat olmayin.Gurcu terefinden 2-3 deqiqeye kechdiyiniz halda,bizim terefde ,en azi,2-3 saat yoxlayirlar.Az qalirlar mashinlarin "obshivkasini"sokeler.Vicdansizlar.

EWDER 2018-08-15 16:58:32

HARA GEDIRIK ORANI P...Q.BUNA MINTELALITET DEYILIR...ESAS...

Bayram 2018-08-15 16:58:32

Məncə Gürcüstanda da bahalığı yaradan bizim məmurlardır. Çünki bu gün oxuduğum məlumata görə keçən il azərbaycanlılar (oxu: məmurlar) Gürcüstana 465 milyon dollar investisiya yatırıblar.

Son yazılar