“20 yanvar”dakı mağazalar da sökülür - Fotolar

Metronun “20 yanvar” stansiyasındakı yeraltı piyada keçidində yerləşən mağazalar bu dəqiqələrdə boşaldılmağa başlanılıb.

Virtualaz.org saytının hazırda həmin ərazidə olan əməkdaşı xəbər verir ki, bu dəqiqələrdə metronun giriş-çıxışlarında olan mağazalardakı mallar maya dəyərinə satışa çıxarılıb.

Artıq bir neçə mağaza boşaldılıb. Satıcılar bu gün axşamadək mağazaların boşaldılacağını bildiriblər.

Qeyd edək ki, “20 yanvar” metrosunun bütün keçidlərindəki mağazalar yox, sadəcə metroya giriş-çıxış qapılarının qarşısında olan mağazalar boşaldılır. Digər mağazalar isə boşaldılmır.

Satıcılar bildiriblər ki, onların mağazaları sərnişinlərin metroya giriş-çıxışına mane olduğu üçün boşaldılır.

Satıcılara alternativ yer göstyərilməyib. Boşaldılmayan mağazaların satıcıları isə bildiriblər ki, onlara bu barədə xəbərdarlıq edilməyib, amma belə bir qərarın onlara da şamil ediləcəyi istisna deyil.

Qeyd edək ki, Bakıda bütün metro keçidlərində ticarət qadağan edilib və mağazalar boşaldılıb. Lakin “20 yanvar” metrosunun keçidlərində ticarət davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar