Azərbaycan ötən il də Gürcüstana ən çox yatırım edən ölkə olub

Dərc olunub: 15/08/2018 - 17:04

76b2f248-c9d6-4ea4-a63c-30728de2bf60_292Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 465 mln. ABŞ dolları məbləğində investisiya qoyub.

“Reprot” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Azərbaycan bu göstəriciyə görə bütün ölkələri arxada qoyub.

Məlumata görə, Gürcüstanın 2-ci ən böyük investoru Niderland (356,7 mln. dollar), 3-cü ən böyük investoru isə Türkiyə olub (286 mln. dollar).

Ümumilikdə ötən il qonşu ölkəyə 1,888 mlrd. dollar xarici investisiya yatırılıb ki, bu da əvvəlki illə müqayisədə 20,6% çoxdur.


loading...




Fikrinizi bildirin