Sabah Gəncənin qaz təchizatında məhdudiyyət olacaq

Sabah Gəncə şəhərinin təbii qazla təchizatında məhdudiyyət yaranacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, məhdudiyyət istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədar olacaq.

Qazın kəsilməsi saat 10:00-dan saat 18:00-a qədər davam edəcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar