Voleybol üzrə Azərbaycan millisi İsveçi məğlub edib

Dərc olunub: 15/08/2018 - 21:12

d95f6a06-df25-447f-8270-17e5b73003df_292Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası 2019 Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

“Report” xəbər verir ki, G qrupunda mübarizə aparan yığma İsveçlə üz-üzə gəlib.

Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşma Azərbaycan millisinin əzmkar qələbəsi ilə başa çatıb – 3:2.

İlk iki setdə rəqibinə məğlub olan yığma növbəti üç setdə qələbə qazanıb. Bu nəticədən sonra Azərbaycan millisi aktivinə 2, İsveç isə 1 xal yazdırıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu avqustun 18-i səfərdə Lüksemburqa qarşı keçirəcək.

Avropa çempionatı seçmə mərhələsi, I tur

Azərbaycan – İsveç 3:2 (23:25,19:25, 26:24, 25:22, 15:10)


loading...




Fikrinizi bildirin