Bəzi porno saytlar bloklanıb

"Aidiyyəti qurumların müraciəti əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən bəzi qeyri-etik məzmunlu saytlarla əlaqədar məhkəmə instansiyalarına müraciət olunub. Həmin saytların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib".

Turan xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məlumatında belə deyilir.

Söhbət ölkə ərazisində indiyədək sərbəst yayınlanan "Xvideos", "Xnxx" kimi porno video-portallara girişin məhdudlaşdırılmasından gedir.

Elektron Təhlükəsizlik Xidməti Azərbaycan qanunvericiliyinin pornoqrafiyaya, uşaq pornoqrafiyasına aid məlumatların yayılmasını, saytlarda yerləşdirilməsini qadağan etdiyini qeyd edir. Qurum qadağan edilən informasiyaları yayan saytların bloklanmasının qanunvericiliyə əsasən həyata keçirildiyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar