Oqtay Gülalıyev polisə çağırıldı

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev iyulun 30-da 17 yaşlı oğlu Əli Gülalıyevlə birlikdə Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Saat 17.00 radələrində onlar hələ idarədə idilər. Əlimizdə olan məlumata görə, gəncə qarşı xuliqanlıq ittihamı irəli sürülüb. Söhbət 23 sentyabr 2013-cü ildə baş vermiş hadisədən gedir. Həmin gün axşam naməlum şəxslər Əli Gülalıyevə bıçaq xəsarəti yetiriblər. Bir il sonra istintaq belə bir qənaətə gəlib ki, “təqsirkar” elə zərərçəkmişin özüdür.

2013-cü il prezident seçkiləri ərəfəsində Oqtay Gülalıyevi dəfələrlə polisə çağırıblar. Həmin vaxt o, Milli Şuranın namizədi Cəmil Həsənlinin mətbuat katibi idi. Ona ictimai fəaliyyətinə və siyasi məhbusların müdafiəsinə son qoymadığı təqdirdə oğlunun zərərçəkmişdən təqsirləndirilən şəxsə dönə biləcəyinə işarə edilib.

Polisin işarələri işə yaramadıqdan sonra istintaq bəyan edib ki, Gülalıyevin oğlu özü davaya başlayıb və ona qarşı cinayət işi başlana bilər.

Xatırladaq ki, Oqtay Gülalıyev “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının və “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatorudur.

Bundan başqa, O.Gülalıyevin özünə qarşı iki il əvvəl Sabirabad polisi tərəfindən irəli sürülmüş iğtişaşlara çağırış haqqında absurd ittiham hələ də ləğv edilməyib. /"Turan"

Buna Gülalıyevin daşqından ziyan çəkmiş rayon sakinlərini etiraz aksiyasında iştiraka dəvət etməsi səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar